Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ərdoğandan Sözünü Kəsən Apariciyə Sərt Reaksiya - Video Xəbərlər

0

  • "Rusiyaya güvənməmək üçün heç bir səbəbim yoxdur. Türkiyəni 50 ildir Aİ-nin qapısında gözlədirlər".
    Sonxeber.pro "qafqazinfo"ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın PBS telekanalına açıqlamasında deyib.
    Ərdoğanın sözlərinə görə, Qərb nə qədər etibarlıdırsa, Rusiya da o qədər etibarlıdır: "Hazırda taxıl dəhlizinin fəaliyyəti pozulub, amma hələ də Putinə inanıram və düşünürəm ki, yaxın günlərdə dəhliz yenidən işə düşəcək".
    Türkiyə lideri daha sonra 15 iyul dövlət çevrilişinə cəhd və Gəzi parkı hadisələri ilə bağlı iş üzrə mühakimə olunan iş adamı Osman Kavala və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan keçmiş həmsədri Səlahəddin Dəmirtaş barədə sualı cavablandırıb. Bu zaman aparıcı Amna Navaz onun sözünü kəsib. Ərdoğanın isə onun bu davranışına reaksiyası sərt olub: "Sözümü kəsməyə haqqın yoxdur. Hörmət edəcəksən. Məhkəmənin verdiyi qərara hörmət edəcəksən. Səlahəddin Dəmirtaş terrorçudur və 200-dən çox insanın ölümünə səbəb olub".
    Xatırladaq ki, O. Kavalaya hökuməti devirməyə cəhd ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzası verilib.



    S. Dəmirtaş isə 2016-cı ilin noyabrından həbsdədir.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/turkey/1144206.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi6 gün öncə
    İzlənib5 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    18:20
    07:40
    20:10
    16:40
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar