Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ensefalitlər Xəbərlər

0

  • Ensefalit baş beynin yoluxucu, yoluxucu-allergik və allergik təbiətli iltihabi xəstəliyidir. Patoloji gedişatına görə aşağıdakı formalara ayırd edilir:
    1) Ventrikulitlər
    2) Kötük ensefaliti
    3) Qabıqlı ensefalit
    4) Serebellit
    5) Ocaqlı ensefalit
    6) Leykoensefalit
    7) Polioensefalit
    8) Panensefalit
    9) Meningoensefalit
    10)Ensefalomielit
    11)Optikocensefalit
    Ensefalitlər birincili və ikincili olmaqla iki yerə bölünürlər. Birincili ensefalitlər müstəqil xəstəliklər hesab edilir. Ikincili ensefalitlət hər hansı bir infeksiya prosesinin fəsadıdır.
    Ensefalitlərin əmələ gəlməsində mikrobların, virusların, ləng infeksiyaların rolu böyükdür. Virus orqanizmə kontakt, alimentar, hava-damcı yolu ilə insandan yaxud heyvandan düşə bilər. Virusun sinir sisteminə daxil olması endotelial hüceyrələri və ya xırda damarları əhatə edən qliyaların yoluxması yolu ilə beyin kapilyarlarının endoteli vasitəsilə baş verir. Virusun sinir kötükləri boyunca irəliləməsi mümkündür. Sinir sisteminə çatmış virus əvvəlcə subaraxanoidal məkana düşür, onurğa beyin mayesi ilə yayılır. Sonra meningeal qişalara və epidermal törəmələrlə kontakta girərək miningit törədir. Daha sonra həmin virus həssas sinir hüceyrələrini zədələyir və son nəticədə ensefalitə gətirib çıxarır.
    Sinir sisteminin virus etiologiyalı xəstəliklərinin kliniki təzahürü insanın immun sisteminin fərdi xüsusiyyəlrərindən birbaşa asılıdır. İnsanların əksəriyyətində tam dəyərli immun sistemi olduğundan, orqanizmin virusla birgə yaşaması zamanı heç bir əlamət aşkar edilmir. Bu ya genetik səbəbli ya da qazanılmış olur. Ensefalitlərin patogenezi neyropnların bilavasitə viruslar tərəfindən dağıdılması və toksiki təsirindən başqa, həm də spesifik olmayan dəyişikliklərlə təzahür etməsidir. Bu dəyişikliklərə damar divarı keçiriciliyinin zədələnməsi, ödemin inkişafı və s. aiddir.
    Klinikası:
    Xəstəliyin kəskin dövründə kəskin ödem, hemorragiya, sinir liflərinin degenersiyası qeyd olunur. Ensefalitlər üçün aşağıdakılar səciyyəvidir:
    1) Prodromal dövr - 1neçə saatdan bir neçə günə qədər davam edir, temperaturun artması, yuxarı tənəffüs yollarının və mədə-bağırsaq sisteminin zədələnməsi əlamətləri təzahür edir.
    2) Ümumi beyin əlamətləri - adətən alın və göz çuxurları nahiyəsində baş ağrısı, qusma, epileptik tutmalar, işıqdan qorxma baş verir. Xəstədə süstlük, yuxululuq, şüur pozulmaları, psixi qıcıqlanlamarın olması mümkündür.
    3) Patoloji prosesin yenidən və ensefalitin formasından asılı baş beyin zədələnməsinin ocaqlı əlamətləri ( ətrafların parezi, afaziya, epileptik tutmalar ) şəklində təzahür edir.
    Diaqnostikası: Diaqnostikasında onurğa beyin mayesinin müayinəsi daha mühüm sayılır.
    Müalicəsi: Müalicəsi simptomatikdir.
    Sonxeber.pro


    Mənbə: https://news.milli.az/interest/1100734.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməMaraqlı
    KateqoriyaƏyləncə
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi7 ay öncə
    İzlənib5 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    09:10
    18:00
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar