Bölmə Xəbər Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ən qorxulu qadın bürcləri - Kişiləri özlərindən uzaq salan dördlük Xəbərlər

0

  • Bəzi qadınlar var ki, onların nə qədər ideal partnyor olsalar da kişilər hər zaman onlardan uzaq qaçmağa çalışırlar. Bunun səbəbi isə qorxudur. Bəzi bürclərin qadınları kişiləri həqiqətən də qorxutmağı bacarırlar.
    Sonxeber.pro bizim.media-ya istinadən həmin bürcləri təqdim edir:

    Buğa

    Buğa qadını kişilərlə yola getməyə imkan verməyən inanılmaz dərəcədə mürəkkəb xarakterə malikdir. Üstəlik, bir çox həyat vəziyyətində özünü sərt beton kimi göstərir. Ancaq bunlar kişi cinsinə kifayət qədər həris olan sevən xanımlardır. Ancaq daha çox kişilər bu qadınlardan qorxurlar, çünki onlar hökmran olmaq istəmirlər.

    Şir

    Onların eqoları, yalnız özlərini düşünməyi kişiləri qorxudur. Çünki münasibətdə fədakarlıq gözləyən kişilərin bu özəlliyi şir qadınlarında tapması o qədər də real deyil. Şir qadınlarının kişilərin gözünü qorxudan bir digər özəllikləri isə sonsuz sevgi gözləmələridir. Onlar elə düşünürlər ki, partnyorlarının yeganə işi onları sevmək olmalıdır. Bu dominantlığı qəbul edən kişi tapmaq isə asan məsələ deyil. 

    Qoç

    Bu xanımlar kompromislərin nə olduğunu bilmirlər. Onları yalnız öz fikirləri maraqlandırır, başqa heç kim. Onlar şirin pişiklər kimi davranmayacaqlar, güzəştə getməyəcəklər və razı qalmağa çalışmayacaqlar. Onlar əgər nəyəsə yox dedilərsə, fikirlərini dəyişməyəcəklər. Ona görə də qoç bürcü qadınlarından kişilər uzaq qaçırlar. 

    Balıq

    Həyat yoldaşınız balıqdırsa, işdən sonra axşam sizi ləzzətli şam yeməyi ilə gözlədiyini xəyal edirsinizsə, o zaman yanılırsınız. Balıq qadınları nadir hallarda evdar olurlar. Onlar daim buludların üzərində gəzirlər və dünyəvi işlər onları heç maraqlandırmır. Üstəlik, onlar həmişə sizdən nəsə tələb edəcəklər. Onların şıltaqlıqlarını yerinə yetirməyə hazır olun. Əks halda, onların həssas balıq xarakterindən əsər əlamət qalmayacaq.
    Sonxeber.pro


    Mənbə: https://news.milli.az/interest/1101030.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməMaraqlı
    KateqoriyaƏyləncə
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi1 həft. öncə
    İzlənib13 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    52
    14
    43
    18
    21
    12
    30
    32
    18
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar