Müğənni Aysun İsmayılova canlı efirdə qorxu dolu anlar yaşayıb.
Sonxeber.pro bizim.media-ya istinadən bildirir ki, sənətçi həmin anları qonaq olduğu "7 canlı" axşam şousunda yaşayıb.
Belə ki, sözügedən proqramın aparıcısı Vüsalə Əlizadə Aysunla kiçik oyun keçirib.
İsmayılovanın gözlərini qara parça ilə bağlayan Əlizadə ona təqdim etdiyi qutuda olan əşyanın nə olduğunu tapmasını istəyib. Həyəcandan əlləri əsən ifaçı aparıcının köməyi ilə qutunun içindəki əşyaya barmağını toxundurub.
Vüsalə Aysunun qorxmaması üçün qutunun içində heyvanın olmadığını bildirib. İsmayılova barmağını əşyaya toxundurduqdan sonra onun "tüklü" olduğunu söyləyib və hürküb.
Bundan sonra Vüsalə Aysunun gözlərini açıb və qutunun içində şəftəlini çıxarıb. Həmin anda meyvəni görən müğənni dərhal studiyada olan divana sarı qaçıb və bu sözləri dilə gətirib:
Mənbə: https://news.milli.az/showbiz/1114267.html