Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
COVID-19 qayıdır? - ÜST-dən VACİB AÇIQLAMA Xəbərlər

0

  • İyulun 10-dan avqustun 6-dək dünyada təxminən 1,5 milyon insan koronavirus infeksiyasına yoluxub, 2,5 mindən çox insan dünyasını dəyişib. Əvvəlki 28 günlə müqayisədə yoluxanların sayı 80 faiz artıb, ölənlərin sayı isə 57 faiz azalıb.
    Sonxeber.pro Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
    ÜST-nin məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 1 492 210 yoluxma halı və 2 560 ölüm halı qeydə alınıb. ÜST-ün mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin başa çatmasına baxmayaraq, təşkilat COVID-19-un "əsas təhlükə olaraq qaldığını" bildirib.
    ÜST diqqəti koronavirusun omikron ştamının EG.5 variantının yayılmasının artmasına yönəldib. Avqustun 9-na olan məlumata görə, o, 48 ölkədə müəyyən edilib.



    "Böyümə üstünlüyü və immunitetdən yayınma xüsusiyyətlərinə görə, EG.5 bəzi ölkələrdə və hətta bütün dünyada tezliyi artıra və dominant ola bilər", - deyə qeyd olunub.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/health/1137330.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi1 ay öncə
    İzlənib4 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    12:00
    03:50
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar