Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"Ciddi musiqi uşaq-muşağın əlində qalıb, sonra bunun qarşısını almaq çox çətin olacaq..." Xəbərlər

0

  • "Həmişə deyirdim ki, televiziyalarda bədii şuralar olsun. Bu gün televiziyalarda bədii şuralar da var. Bədii şuradan keçməyən mahnılar efirdə səslənmirdi, indi bədii şuradan keçməsə də efirdə səslənir. Efirdə belə səslənməsə yutubda səslənəcək. Bunun artıq qarşısını almaq müşkül məsələdir. Bütün dünya musiqisi bu səviyyədədir. İnternet, sosial şəbəkələr musiqi səviyyəsinin göstəricisinə çevrilib".
    Sonxeber.pro xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Brilliant Dadaşova deyib. O, daha sonra əlavə edib.
    "Cavanşir Quliyev, Eldar Mansurov kimi bəstəkarlar klassik musiqi yazırlar, bu musiqi harada səslənir? Tək efirdə səslənməklə olmur. Onlar yəqin ki, dərsliklərə salınmalıdır.. Mən klassik bəstəkarların əsərlərini çalışıram ki, yaşadım. Öz tələbələrimə də bunu tövsiyyə edirəm" deyə sənətkar bildirib.
    "Bir mahnıya və klipə nə qədər pul xərcləyirsiniz?" sualına isə müğənni belə cavab verib.
    "Bir mahnıya 2-3 min pulumuz gedir. Təbii ki, klip çəkmiriksə. Klip çəkəndə 10-15 min gedir. İki klip çəkirsən 30 min edir" deyə sənətkar bildirib.



    Xalq artisti bildirib ki, böyük musiqi layihələrinin rəhbərləri təcrübəsizdir.
    "Bu gün böyük musiqi layihələri uşaqlara verilir, onları çox gənc insanlar təşkil edir. Ciddi musiqi uşaq-muşağın əlində qalıb. O gəncdə necə təcrübə ola bilər? Sonra bu kimi halların qarşısını almaq çox çətin olacaq. Mən bunlarla tək mübarizə apara bilmərəm. Mən səlahiyyət sahibi də deyiləm, sadəcə xalqın sevdiyi, dinlədiyi bir insanam" deyə o bildirib.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/showbiz/1081531.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi11 ay öncə
    İzlənib7 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    12:20
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar