Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bu xəstələrə oruc tutmaq olmaz - Professor DANIŞDI Xəbərlər

0

  • "Ramazan ayında oruc tutmaq istəyən ürək-damar sistemi xəstələrinin kardioloqları ilə məsləhətləşmələri tövsiyə olunur".
    Sonxeber.pro lent.az-a istinadən xəbər verir ki, bunu Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova deyib. Həkim bildirib ki, orucun nəfsi tərbiyə etdiyini unutmadan iftar və imsaqda düzgün qidalanmalı və yetərli maye qəbuluna mütləq diqqət edilməlidir.
    "Hansı ürək-damar xəstəlikləri olan insanlara oruc tutmaq tövsiyə olunmur?" sualını cavablandıran həkimin sözlərinə görə, sinə ağrısı, nəfəs darlığı kimi ürək-damar xəstəlikləri ilə bağlı davam edən şikayətləri olanlar oruc tutmamalıdırlar:
    "Eyni zamanda inkişaf etmiş ürək çatışmazlığı olan xəstələr, xüsusilə yay dövründə yüksək dozada diaretik qəbul edən xəstələrin oruc tutması əlverişsizdir. Son 6 ayda infarkt keçirən, ürək xəstəliyi səbəbiylə sinə ağrısı olan, son 6 ayda balon, stent va ya bypass əməliyyatı keçirən, nəzarət olunmayan və ya həyatı üçün təhlükə yaradan aritmiyaları olan xəstələr, rezistent hipertoniya, yəni dərman terapiyasına baxmayaraq, yüksək təzyiqi olan xəstələr qan təzyiqi normallaşana qədər oruc tutmamalıdırlar".



    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/health/1113422.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi6 ay öncə
    İzlənib4 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    05:20
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar