Bölmə Xəbər Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bu bürclər səmimi deyil – Onlardan UZAQ DURUN Xəbərlər

0

  • Bəzi insanlar məsafəli davranmağı sevirlər, səmimi olmurlar. Əgər kimsə xoşlarına gəlmirsə, heç bir səbəbə görə həmin insanla yaxınlıq qurmağa çalışmırlar. Onlar çox vaxt özlərini sosial həyatdan uzaq tutur və tək vaxt keçirmək istəyirlər.
    Astrologiyaya görə, həm ictimai, həm də şəxsi münasibətlərdə çox uzaq davranan insanlar var. Onlar həyatlarını başqalarından gizli saxlayır, soyuq davranırlar. İnsanlardan uzaq durduqlarına görə onlara yaxınlaşmaq, onları tanımaq qeyri-mümkün olur.
    Sonxeber.pro savash.org-a istinadən ən soyuq və qeyri-səmimi bürcləri təqdim edir:
    ƏQRƏB
    Əqrəb bürcü həmişə sirli davranışı ilə diqqət çəkir. Əqrəb bürcü altında doğulanlar adətən marağa səbəb olan və soyuqqanlı insanlardır.
    Əqrəb bürcü insanları qəlblərinin qırılmasından çox qorxurlar. Bu səbəbdən də insanlardan həmişə uzaq gəzirlər. Əqrəb bürcü ürəyini asanlıqla açmır. Sosial mühitləri sevsələr də, bəzən tək qalmaq istəyirlər.
    XƏRÇƏNG
    Xərçəng bürcü insanları çox həssasdırlar. Bu səbəbdən də çox məyus olurlar. Çox emosional insanlar olduqları üçün sevməyə və sevilməyə böyük əhəmiyyət verirlər.
    Xərçənglər də əqrəblər kimi ürəklərinin qırılmasından qorxurlar.Bu səbəbdən insanlarla ünsiyyət qurarkən özlərini çox uzaq aparırlar. Xərçəng bürcünün həssas təbiəti çox ağrıya dözə bilməz.



    BUĞA
    Buğa bürcləri təkbaşına vaxt keçirməyi sevirlər. Onlar tək qalmaqdan və hobbiləri ilə məşğul olmaqdan böyük həzz alırlar.
    Buğa bürcü insanları kədərlənməkdən və məyus olmaqdan çox qorxurlar. Bu səbəbdən onlar adətən yeni tanış olduqları insanlara qarşı soyuq davranırlar. Buğa bürcləri həqiqətən etibar etdikləri insanların yanında özlərini rahat hiss edirlər.
    QIZ BÜRCÜ
    Qız bürcü altında doğulanlar həmişə mükəmməl olanı axtarırlar. Onlar hamını və hər şeyi çox tənqid edirlər, çünki mükəmməli sevirlər.
    Qız bürcünün bu cür davranışı onların soyuq və uzaq görünməsinə səbəb olur. Qız bürcü hər şeyi idarə etməyi sevir. Qız bürcündən olanlar üçün güc və səlahiyyət çox vacibdir.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/society/1101185.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi1 həft. öncə
    İzlənib15 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    17
    40
    33
    12
    34
    34
    37
    30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar