Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bu Adamlar Tərəfindən Edilən Müraciətlərin Sayı Artır - Eldar Səmədov Xəbərlər

0

  • İndiyə qədər azad edilmiş ərazilərdə 10 kütləvi məzarlıq yeri aşkar olunub. Eyni zamanda azad olunmuş əraizlərdə tikinti-quruculuq işləri aparılarkən 100-dən artıq meyit qalıqları aşkarlanıb.
    Sonxeber.pro Trend-ə istinadən bildirir ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.
    Onun sözlərinə görə, ümumilikdə isə itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən 500 meyit qalığı aşkar olunub.
    "Artıq Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına edilən müraciətlərin də sayı artmaqdadır, çünki Birinci Qarabağ müharibəsi zamanı yaxınını itirmiş və müraciət etməmiş şəxslərdə dövlət komissiyasına müraciət edirlər. Biz Dövlət Komissiyasın işçi qrupu olaraq həmin müraciəltəri qeydə alırıq, sistemli formada araşdırmalar aparırıq.
    Proseslərin gedişatına uyğun olaraq bu ilin sonu və ya gələn ilin əvvəlində itkin düşmüş kimi qeydiyyata aldığımız şəxslər barədə ictimaiyyətə məlumat verəcəyik", - deyə o, əlavə edib.



    Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda beynəlxalq konfrans keçirilib.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/country/1144072.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi1 həft. öncə
    İzlənib7 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    20:50
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar