Bölmə Xəbər Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Britaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək Xəbərlər

0

  • Britaniya Qazaxıstana Azərbaycandan keçən neft ixracına kömək edəcək
    Böyük Britaniya Qazaxıstana Azərbaycandan keçən ixrac marşrutlarını inkişaf etdirməyə kömək edəcək.
    Sonxeber.pro "Report"-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Mərkəzi Asiya ölkəsinə səfəri zamanı bildirib.
    Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev və bir sıra digər yüksək vəzifəli şəxslərlə görüşən Kleverli böyük hissəsi Rusiyadan keçən Qazaxıstan neftinin orta dəhliz kimi alternativ marşrutların inkişafına kömək etmək yollarını müzakirə etdiyini bildirib.
    Bu marşrut Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçir və onun imkanlarını artırmaq üçün əhəmiyyətli investisiya tələb edir, baxmayaraq ki, Qazaxıstan artıq xam neft tədarükünün bir hissəsini ora yönəltməyə başlayıb.
    Britaniyanın XİN başçısı Qazaxıstanda bir sıra mineralların tədarükünə dair memorandum imzalayıb. Kleverli deyib ki, London ənənəvi olaraq Moskva ilə sıx əlaqələri olan Astananın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirir.
    Kleverlinin sözlərinə görə, Britaniya Ukraynanın ərazi bütövlüyünü tanıyır və Rusiya-Ukrayna müharibəsinin BMT Nizamnaməsinə uyğun həllinə nail olmaq istəyini dəstəkləyən ardıcıl və prinsipial mövqeyi yüksək qiymətləndirir.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/politics/1112710.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi4 gün öncə
    İzlənib6 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    41
    42
    29
    100
    59
    64
    46
    36
    19
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar