Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
bp "Şahdəniz"də daha 3 quyunu istismara verməyi planlaşdırır - Qeri Cons Xəbərlər

0

  • bp bu il "Şahdəniz" qaz-kondensat yatağında daha 3 quyunu istismara verməyi planlaşdırır.
    Sonxeber.pro Trend-ə istinadən xəbər verir ki, bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qeri Cons Fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında çıxışında deyib.
    Onun sözlərinə görə, şirkət beşinci, şimal-şərq cinahını da işə salmağı planlaşdırır.
    Qeri Cons bu sayədə Cənub Qaz Dəhlizi ilə qaz nəqlinin daha da artacağını hesab edir.
    "Quyu proqramımız üzrə işlər də irəliləməkdədir. Planlaşdırılmış 26 quyudan artıq 21-i qazılıb, 19-u isə tamamlanıb − Onlardan dörd cinah üzrə 14-ü artıq istismardadır", - regional prezident qeyd edib.
    Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatlarına görə, 2022-ci ilin yekunlarına əsasən, "Şahdəniz" yatağında 25,2 milyard kubmetr təbii qaz hasil olunub.



    "Şahdəniz"in təsdiqlənmiş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat olaraq dəyərləndirilir.
    "Şahdəniz" layihəsində iştirak payı aşağıdakı kimidir: bp (operator) - 29,99 faiz, LUKOYL - 19,99 faiz, TPAO - 19 faiz, SOCAR - 14,35 faiz, NICO - 10 faiz və SGC - 6,67 faiz.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/economy/1103829.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi7 ay öncə
    İzlənib4 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    18:00
    06:50
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar