Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
BDU-da magistratura üzrə iki yeni ixtisaslaşma açılacaq Xəbərlər

0

  • 2023-2024-cü tədris ilində Bakı Dövlət Universitetində (BDU) magistratura üzrə iki yeni ixtisaslaşmanın açılması nəzərdə tutulur.
    Bu barədə Bakı Dövlət Universitetindən xəbər verilib.
    Bildirilib ki, bunlar Şərqşünaslıq fakültəsində Tərcümə (ərəb dili üzrə) və Coğrafiya fakültəsində Davamlı inkişafın idarə edilməsi ixtisaslaşmalarıdır.
    Şərqşünaslıq fakültəsinin bakalavr pilləsində Tərcümə (ərəb və fars dilləri üzrə) ixtisasında tərcüməçi kadrlar yetişdirilir. Bu ixtisasda əsasən dil və tərcümə ilə bağlı fənlər tədris olunur. Ərəb dilində yüksəkixtisaslı, daha peşəkar tərcüməçilər yetişdirmək üçün 2023-2024-cü tədris ilində magistratura pilləsində yeni açılacaq Tərcümə (ərəb) ixtisası üzrə 2 plan yeri nəzərdə tutulub.
    "Hazırda ölkəmiz istər iqtisadi, istər digər sahələrin dayanıqlı inkişafı istiqamətində bir çox ölkələrə nümunə olacaq işlər həyata keçirir. Müasir dövrdə iqtisadi inkişafda davamlılığın təmin edilməsi dövlət idarəetmə orqanları qarşısında duran ən vacib problemlərdən biridir. Problemin həlli dövlətin inkişaf proseslərinin planlaşdırılması, idarə edilməsi, innovativ texnologiyaların tətbiqi və yüksək ixtisaslı kadr potensialının formalaşdırılması sayəsində mümkündür.



    Davamlı inkişaf iqtisadi, ekoloji və sosial problemləri kompleks şəkildə həll etməyə imkan verən, müasir dövrün inkişaf strategiyası kimi qəbul edilən yeganə tərəqqi modelidir. Coğrafiya fakültəsində Davamlı inkişafın idarə edilməsi ixtisaslaşmasının açılması məhz bu zərurətlərdən irəli gəlib" - məlumatda bildirilib.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/educations/1102738.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi7 ay öncə
    İzlənib4 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    03:40
    13:10
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar