Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bakıda şahmat üzrə Dünya Kuboku: beşinci turun ilk partiyasının nəticələri Xəbərlər

0

  • Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda beşinci turun ilk klassik partiyası keçirilib (kişilər arasında 1/8 final, qadınlar arasında 1/4 final).
    Sonxeber.pro Trend-ə istinadən bildirir ki, Azərbaycan şahmatçısı Nicat Abasovun dünya çempionatının 1/8 final mərhələsindəki rəqibi Saleh Salemdir (BƏƏ). Beşinci turun ilk klassik oyununda Nicat Abasov ağ fiqurlarla oynayıb.
    Kişilər arasında dünya çempionatının 1/8 final mərhələsinin ilk oyununun nəticələri:
    Maqnus Karlsen (Norveç) - Vasili İvançuk (Ukrayna) - (1-0);
    Ferens Berkes (Macarıstan) - Rameşbabu Praqnanandha (Hindistan) - (0,5-0,5);
    Fabiano Karuana (ABŞ) - Yan-Kşiştof Duda (Polşa) - (0,5-0,5);
    Santoş Vidit (Hindistan) - Yan Nepomniaxçi (FİDE) - (0,5-0,5);
    Nicat Abasov (Azərbaycan) - Saleh Salem (BƏƏ) - (1-0);
    Leynier Dominqes Peres (ABŞ) - Aleksey Sarana (Serbiya) - (1-0);
    Nils Grandelius (İsveç) - Arjun Erigaisi (Hindistan) - (0-1);
    Vanq Hao (Çin) - Qukeş Dommaraju (Hindistan) - (0-1).



    Qadınlar arasında dünya çempionatının 1/4 final mərhələsinin ilk oyununun nəticələri:
    Anna Muzıçuk (Ukrayna) - Elizabet Petz (Almaniya) - (0,5-0,5);
    Aleksandra Qoryaçkina (FIDE) - Harika Dronavalli (Hindistan) - (0,5-0,5);
    Tan Çjonqyi (Çin) - Bella Xotenaşvili (Gürcüstan) - (1-0);
    Nurgül Səlimova (Bolqarıstan) - Polina Şuvalova (FİDE) - (1-0).
    Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.
    FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.
    FİDE Dünya Kuboku Bakıda keçirilir.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/sport/1137628.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi1 ay öncə
    İzlənib6 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    12:40
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar