Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Azərbaycanın sərvəti Luvrda nə gəzir? – FOTO Xəbərlər

0

  • Fransanın məşhur Luvr muzeyində Azərbaycanda tapılmış küp nümayiş etdirilir. Qeyd olunub ki, müasir Azərbaycan ərazisində tapılmış küp 1000-1300-cü illərə aiddir. Eksponat hazırda İslam Mədəniyyəti bölməsində nümayiş etdirilir. Bu küp o muzeyə necə gedib? Azərbaycanda arxeoloji tapıntı olan bu nadir sənət əsəri niyə Fransada nümayiş etdirilir? Kim bu küpü tapıb və Luvra satıb?
    Sonxeber.pro kult.az-a istinadən xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev bildirib.
    O qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur:
    "Daşınar mədəni sərvətlər Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və Mədəni Sərvətlərin Mühafizə Siyahısına uyğun qorunur. Azərbaycanda tarixinin ən qədim dövrlərinə aid mədəni sərvət olan bu küpün yaşı eramızın birinci minilliyinə aiddir. Tariximizin, milli kimliyimizin, mədəniyyətimizin ən önəmli dövrünə aid bu küp Fransaya necə aparılıb? Axı bu qədim küplər və onlar üzərində olan təsvirlər dövrünün məhsulu olmayıb, qədim dövrdən bəri mədəni varislik yolu ilə ötürülümüş ənənələrə söykənir. Ölkədə razıyam qədim sikkələr və sairələr hərrac yolu ilə satılır. Buna mane olacaq qanunlar yoxdur. Bəs min ildən çox yaşı olan bu qədim küp axı hərrac üçün deyil. Bu qədim küp ölkənin milli sərvəti, arxeoloji tapıntısı və ən əsası bizim bu ərazidə var olmağımızı sübut edən maddi mənəvi sənəddir".
    Alim xatırladıb ki, Misir hakimiyyəti ötən həftə Londonda 4 milyon 746 min funt-sterlinqə (təxminən 6 milyon dollar) satılmış firon Tutanxamonun qədim daş büstünün yerinin müəyyən olunması üçün İnterpol qarşısında məsələ qaldırıb:



    "Biz də bu qədim küpü kimlərin hansı yollarla çıxardığını axtarmalıyıq. Bu küp Azərbaycanın milli sərvətidir! Özü də Albaniya dövrünə aiddir. Üzərində baxsanız, o dövrə aid bir neçə element görmək olar. Zoomorf və antropomorf naxışlarla yanaşı, şamanizm elementləri də küp üzərində görünür. Bu, çox nadir arxeoloji tapıntıdır".
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/culture/1116194.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaMədəniyyət
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi5 ay öncə
    İzlənib6 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar