Azərbaycanda dərman vasitələri ilə bağlı çatışmazlıq yoxdur.
Sonxeber.pro Trend-ə istinadən bildirir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün "Medinex" və "Beauty Azerbaijan" sərgisinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bəzi dərmanların, əsasən də sirop formasında olanların bazada azalmasının Azərbaycanla heç bir əlaqəsi yoxdur.
"Bilirsiniz ki, istehkakçılar dərmanlarda bəzi baza maddələr istifadə edirlər. Həmin maddələrin azalması səbəbindən də dərman istehsalı aşağı düşüb. Son bir həftə ərzində bu məsələ aradan qaldırılıb. Hazırda həmin dərmanlar da ölkəyə gətirilir", - nazir əlavə edib.
Sonxeber.pro Mənbə: https://news.milli.az/country/1082559.html