Bölmə Xəbər Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin növbəsi yaranıb Xəbərlər

0

  • Qusar rayonunun "Samur" gömrük keçid məntəqəsində Rusiya Federasiyasına keçən nəqliyyat vasitələrinin uzun növbəsi yaranıb.
    Sonxeber.pro "qafqazinfo"ya istinadən xəbər verir ki, gömrük keçid məntəqəsində 2 mindən çox yük maşını qarşı tərəfə keçmək üçün növbə gözləyir.
    "Samur" gömrük keçid məntəqəsindən bildirilib ki, ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur. Burada qarşı tərəfin buraxılış sayına uyğun olaraq yük nəqliyyat vasitələrinin keçidi təmin edilir.
    Yaranan sıxlıqla əlaqədar "Samur" gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində bütün zəruri addımlar atılır. Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturları sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün Rusiya tərəfi ilə müntəzəm danışıqlar aparır.



    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/society/1080499.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi4 ay öncə
    İzlənib45 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    23
    44
    37
    18
    202
    21
    35
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar