Uzun müddətdir ayrılıq xəbərləri ilə gündəmdən düşməyən aktyorlar Murad İsmayıl və Ülviyyə Xəlilbəyova birlikdə görüntüləniblər.
Sonxeber.pro axşam.az-a istinadən bildirir ki, cütlük birlikdə rol aldıqları "Başabaş" filminin qala gecəsinə qatılıb.
Murad və Ülviyyə birlikdə obyektiv qarşısına keçərək, fotolar çəkdiriblər. Onların gecədən görüntüləri sosial şəbəkədə yayılıb. Cütlük bu şəkillərlə ayrılmadıqlarını sübut edib.
Qeyd edək ki, Ülviyyə də açıqlamalarından birində Muradla küsülü olduğunu etiraf etmişdi. Cütlüyün iki övladı var.
Sonxeber.proMənbə: https://news.milli.az/showbiz/1136271.html