Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Argentina Millisi Bu Oyun üçün Oksigen Balonları Ilə Səfərə Yola Salınıb - Foto Xəbərlər

0

  • 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gecə Boliviyanın qonağı olacaq Argentina yığması səfərə oksigen balonları ilə yollanıb.
    Sonxeber.pro qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb matçın dəniz səviyyəsindən 3637 m yüksəklikdə yerləşən "Estadio Hernando Siles"də keçiriləcəyidir. 
    Belə ki, yüksəklikdə təzyiqin artması ilə oksigen miqdarının aşağı düşməsini nəzərə alan Argentina Futbol Federasiyası bu cür addım atıb. 
    Bundan öncə də Cənubi Amerikanın digər yığmaları adıçəkilən stadionda problemlə üzləşib. Qusma, ürəkbulanma kimi hallarla üzləşən oyunçular meydanda qaçmaqda çətinlik çəkirlər. 2018-ci ildə Braziliya yığmasının üzvləri də analoji addımı atmışdı. Matçdan sonra "sambaçılar"ın ulduzu Neymar bu cür stadionlarda oyun keçirilməsini qeyri-insani addım adlandırmışdı. 



    Qeyd edək ki, FİFA 2007-ci ildə 2500 metrdən yüksəkdə olan stadionlarda oyunların keçirilməsini qadağan etmişdi. Bu qərara etiraz olaraq aralarında dönəmin Boliviya prezidenti Evo Morales, futbol əfsanəsi Dieqo Maradonanın da yer aldığı kampaniya başladıldı. Onlar bunu ayrıseçkilik adlandırırdı. Nəticədə ali futbol qurumu sonralar yüksəlik həddini 3000-ə qaldırdı, bir il sonra isə bütün qadağalar ləğv edildi. 
    Onu da xatırladaq ki, Boliviya millisi son 16 ildə evdə keçirdiyi matçların 18-də qələbə qazanıb, 11 dəfə heç-heçə edib. Səfərdə isə bu komanda bütün matçları uduzub.

    Sonxeber.pro 

    Mənbə: https://news.milli.az/sport/1142925.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi1 həft. öncə
    İzlənib8 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    14:40
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar