"Həmkarlarım saç rəngləmək, qaş almaq, kiməsə artıq-əskik söz demək, "TikTok" sosial şəbəkə platformasında canlı yayım açıb xoşaqəlməz hərəkətlər etməklə gəlirlər gündəmə".
Sonxeber.pro bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Yaşar Cəlilov "Şou xəbər" verilişinə müsahibəsində deyib.
İfaçı "qılıncını sıyırıb", görünüşünə bəzək-düzək verən sənət yoldaşlarını qınadı:
"Allah ağlımı başımdan almasın. Heç zaman saçlarıma rəng qoyub, boyatdırmaq istəmirəm. Oğul axtarıram ki, saç rəngləməklə, qaş almaqla və digər hərəkətlərlə deyil, mənim kimi bu formada qalsın".
Sonxeber.pro
Mənbə: https://news.milli.az/showbiz/1099593.html