"PnB Rock" ləqəbi ilə tanınan amerikalı repçi Rakim Allen öldürülüb.
Sonxeber.pro axşam.az-a istinadən xəbər verir ki, hadisə Los-Anceles şəhərində baş verib. Şübhəli şəxs restoranda sevgilisiylə yemək yeyən 30 yaşlı repçiyə hücum edərək üzərindəki qızıl-zinət əşyalarını götürməyə çalışıb və onu güllələyib. Cinayətkar atəşdən sonra dərhal hadisə yerindən qaçıb.
"PnB Rock" təcili olaraq ən yaxın xəstəxanalardan birinə aparılsa da, onun ürəyi dayanıb.
Hazırda polis cinayətkarın axtarışına davam edir.
Mənbə: https://news.milli.az/showbiz/1077955.html